TDT Baş katibi Azərbaycanın Zəfər Gününü təbrik ETDİ

 11:15 08.11.2025     259

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyev Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, Baş katib özünün “X” hesabında təbrik mesajı yerləşdirib.

“8 noyabr - Zəfər Günü münasibətilə, 44 günlük Vətən müharibəsi zamanı Şuşanı azad edən və ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı və Silahlı Qüvvələrinin qəhrəmanlığına və birliyinə iftixarla dərin hörmətimi bildirirəm”, - Ömüraliyev qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən