Zelenski Makronla “tarixi müqavilə” imzaladı
Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron “tarixi sənəd” imzalayıblar.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, sənədin detalları hələlik açıqlanmır.
Bundan əvvəl "UNIAN" yazmışdı ki, Zelenski rəsmi səfərlə Parisə gedib və tərəflərin Kiyevə qırıcı təyyarələr, raketlər və hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükünə dair razılıq əldə etməsi gözlənilir.
Nuriyyə NATİQQIZI













