"3+3" platformasının başqa ölkədə keçirilməsi Azərbaycanın maraqlarına uyğun deyil - Deputat

 17:08 21.11.2025     358

"3+3" regional əməkdaşlıq platforması çərçivəsində növbəti görüş ya Bakıda, ya da İrəvanda keçirilməlidir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin komitə sədri Fazil Mustafa bildirdi ki, bu məsələ bilavasitə Azərbaycan və Ermənistanın problemidir.

"Ona görə də kənar məkanlarda həyata keçirilməsindən daha çox prosesin birbaşa konkret ərazilərə keçirilməsi təmin olunmalıdır. Bu baxımdan, məncə, məsələyə elə bu aspektdən yanaşılmalıdır. Bunun hansısa digər ölkədə keçirilməsi, əslində, bizim maraqlara uyğun deyil. Birbaşa iki ölkə üzərindən digər formatlara daxil olan ölkələrin regional əməkdaşlığını təmin etmək bizim əsas hədəflərimizdən biridir. Bu səbəbdən, yəqin ki, bizim tərəfdən də bu istiqamətdə vəziyyət müzakirə olunacaq və konkret açıqlamalar veriləcək", - deyə millət vəkili əlavə etdi.

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən