Türkiyədə 54 şagird qidadan zəhərləndi

 20:08 22.11.2025     279

Türkiyədə 54 şagird qidadan zəhərlənib.

Redaktor.az xəbər verir ki, Koceli şəhərində yerləşən özəl liseydə 14 şagird bufetdən aldıqları toyuq məhsulunu yedikdən sonra səhhətlərində kəskin narahatlıq hiss ediblər.

Rize şəhərində isə qızlar yataqxanasında 40 şagird yedikləri yeməkdən zəhərlənib.

Hər iki şəhərdə zəhərlənən şagirdlər xəstəxanaya yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilib.

Araşdırmalara başlanıb.

Vumart və Güvən reklamı Vumart Güvən