"Azərbaycan öz enerji siyasəti ilə Avropanın təhlükəsizliyini təmin edən ölkələrdən birinə çevrilib"

 11:29 25.11.2025     329

"Azərbaycan ABŞ ilə münasibətləri təhlil edərək və indiki hal-hazırda münasibətlərin bu səviyyədə, bu mərtəbədə qurulduğunu nəzərə alaraq, onu xüsusi nəzərə çatdırmaq lazımdır ki, Azərbaycan bu gün yalnız ABŞ yox, öz enerji siyasəti ilə Avropanın təhlükəsizliyini təmin edən ölkələrdən birinə çevrilib. Özü də enerji nöqteyi-nəzərdən".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Səməd Seyidov parlamentin bu gün keçirilən plenar iclasında dedi.

"Misal üçün, Aralıq dəhlizi ilə bağlı, neft və ya qaz istehsalı ilə bağlı, ıxüsusilə Azərbaycanın qonşu ölkələrlə münasibətləri ilə bağlı biz çox dərin və çox mənalı, produktiv söhbətlər aparmışıq. Bütün bu söhbətlər Azərbaycanın milli maraqları və Amerika Birləşmiş Ştatlarının milli maraqları çərçivəsində müzakirə olunub", - deyə o bildirdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən