"Trampın Ukrayna üzrə sülh planı etik normalara uyğun gəlmir" - Politoloq
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə sülh planı 28 bənddən 19-a endirilib.
Trampın bu addımı tərəfləri sülh planına razı sala bilərmi?
Redaktor.az-a açıqlamasında politoloq Zaur Məmmədov bildirdi ki, ilk variantda təqdim edilən 28 bənddən ibarət plan biabırçılıqdır.
"Bu planın tamamilə birtərəfli və təslimçilik xarakterli olması, etik normalara uyğun gəlmir. Planın üzərində hazırda işlər gedir. 28 bəndin 19 bəndə endirilməsi barədə məlumatlar da yayılır. Lakin bu 19 bənd isə bu dəfə digər tərəfin, Rusiya tərəfinin xoşuna gəlmir. Bu, o deməkdir ki, yaxın günlərdə hər hansı bir razılığın əldə edilməsi mümkünsüz görünür", - deyə o vurğuladı.
Xədicə BAXIŞLI












