Ermənistan hökuməti Qarabağ danışıqlarına dair sənədləri dərc ETDİ
Ermənistan hökuməti keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Materiallar hökumətin rəsmi saytında yerləşdirilib. Hökumətin saytında ümumilikdə 13 fayl yerləşdirilib. Bunların arasında 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə təqdim olunan vasitəçilərin təklifləri və üçüncü prezident Serj Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə məktubu da var.












