Abbas Əraqçi Azərbaycana səfər edəcək
İran xarici işlər naziri Abbas Əraqçi Azərbaycana səfər edəcək.
Bu barədə Redaktor.az-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, İran XİN rəhbərinin Azərbaycana səfəri gələn həftəyə planlaşdırılır.
Səfər çərçivəsində Abbas Əraqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq, görüş zamanı iki ölkə arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılacaq.












