Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış KEÇİRDİ
Sərhədlərin delimitasiyası çərçivəsində Ermənistan və Azərbaycan nümayəndələri Zod qızıl yatağı yaxınlığındakı sərhəd hissəsində birgə baxış keçiriblər.
Redaktor.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, “bir neçə gün əvvəl hər iki ölkənin mütəxəssisləri Sot (Zod) qızıl mədəninin yaxınlığındakı ərazidə rekognosirovka işləri həyata keçiriblər”.












