Putin İlham Əliyevə zəng etdi - YENİLƏNİB
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Redaktor.az xəbər verir ki, Rusiya Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan və Rusiya prezidentlərinin keçirdikləri son görüşdə müzakirə olunmuş məsələlərə toxunulub, ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu göndərib.
Redaktor.az xəbər verir ki, məktubda Azərbaycan Prezidentinin rəhbərliyi altında respublikada sosial-iqtisadi inkişafda əhəmiyyətli uğurların qazanıldığı qeyd olunub.
Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin uzunmüddətli dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslandığı vurğulanıb. Putin ikitərəfli əməkdaşlığın hər iki ölkə xalqlarının maraqlarına tam cavab verən strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ruhunda inkişaf edəcəyinə əminliyini bildirib. Sonda Rusiya lideri İlham Əliyevə möhkəm cansağlığı, şəxsi rifah və davamlı uğurlar arzulayıb və ailəsinə səmimi salamlarını çatdırmasını xahiş edib.












