ABŞ-nin köməyi yoldadır - İrandakı rejim dəyişəcək

 15:04 14.01.2026     589

ABŞ Prezidenti Donald Tramp İrandakı etirazçılara çağırış edərək deyib ki, etiraz etməyə davam edin, kömək yoldadır.

Kömək yoldadırsa, o zaman İranı nə gözləyir?

Politoloq Natiq Miri Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ tərəfindən etirazçıları dəstəkləyəcək və etirazları stimullaşdıracaq bəyanatlar, açıqlamalar verilir:

"Bu bəyanatlar sadəcə bir senator səviyyəsində deyil, artıq ABŞ Prezidenti Donald Tramp səviyyəsində verilir. Əgər həqiqətən də yardım yoldadırsa, demək ki, bütün bu baş verən cinayətlərə qarşı ciddi cəza tədbirləri görüləcək. Ona görə də İranda vəziyyət qeyri-müəyyəndir".

Onun sözlərinə görə, təəssüf ki, İran rejimi dəyişməklə bağlı hər hansı bir hazırlıq görmür:

"Düşünürəm ki, yuxarıdan sistem dəyişməsə, bu rejim aşağıdan və yaxud xarici müdaxilələrlə dəyişəcək. Bu reallıqdır. Çünki bu gün etirazlar hakimiyyəti çevirməyə yetərli olmasa da, əmin olun ki, sabah bu yetərli olacaq. Çünki İranın iqtisadi vəziyyəti getdikcə ağırlaşır və sosial vəziyyəti ağır olan insanlar bununla barışmayacaq. Ona görə də rejim nə qədər tez anlasa ki, dəyişməyə ehtiyac var, bəlkə onda müəyyən mənada İranı bu təlatümdən azad etmək mümkün olacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən