"Tehran hakimiyyəti cəmiyyət üzərində rejim xofunu daha da gücləndirir" - AÇIQLAMA

 20:45 14.01.2026     385

"İran hakimiyyəti etiraz aksiyalarının iştirakçılarını cəzalandırmaqla bağlı ciddi qərarlar verməyə hazırdır. Çünki aksiya iştirakçıları cəzalandırılmadığı halda rejim onların təzyiqlərindən qaçmış kimi görünə bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan İranın məhkəmə-ədliyyə sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejeinin etirazlarla bağlı həbs olunanların məhkəmə və cəza proseslərinin sürətləndiriləcəyinə dair bəyanatına münasibət bildirərkən dedi.

"Ayətullah Seyid Əli Xamenei etirazlarda iştirak edənləri iki qrupa ayırmaq lazım olduğunu bildirmişdi: birinci qrup doğrudan tələblər irəli sürən etirazçılardır, ikinci qrup isə iğtişaşçılardır. Bu yanaşma ilə hakimiyyət iğtişaşçılar adı altında bütün aksiya iştirakçılarını mühakimə etməyi hədəfləyir. İran Ali Məhkəməsinin sədri Qulamhüseyn Möhsini Ejei də aksiya dövründə verdiyi bəyanatda bildirmişdi ki, iğtişaşlarla bağlı işlərə baxılması, başçılıq etdiyi qurum üçün prioritet məsələdir. O, təhlükəsizlik qüvvələrini fəaliyyətlərini sənədləşdirməyə və əsaslandırmağa çağırmışdı. Bunun nəticəsində aksiyalarda iştirak edənlərə qarşı cinayət işlərinin açılması və sənədləşdirilməsi mümkündür. Bu prosesin sürətləndirilməsi ilə Tehran hakimiyyəti cəmiyyət üzərində rejim xofunu daha da gücləndirir və öz gücünü nümayiş etdirir",- deyə politoloq vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən