"Ermənistan və Azərbaycan arasında müharibə səhifəsi bağlanıb" - Alen Simonyan

 11:50 03.02.2026     402

Ermənistan və Azərbaycan arasındakı müharibə səhifəsi artıq bağlanıb.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan “Factor TV”-yə müsahibəsində deyib.

“Əgər kəskin hadisələr baş verməsə, hesab edirəm ki, biz bu səhifəni yenidən açmayacağıq. Mən bu səhifəni bağlanmış hesab edirəm”, - Simonyan bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən