"Zəlzələ zamanı yardım Azərbaycanın Türkiyəyə nə dərəcədə qardaş olduğunu bir daha göstərir"

 16:55 06.02.2026     706

Türkiyənin cənubunda iki zəlzələnin on minlərlə insanın həyatına son qoymasından 3 il ötür.

Qeyd edək ki, zəlzələdən sonra Türkiyəyə yardım edən ilk ölkə Azərbaycan idi. 

Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, üç il bundan əvvəl həqiqətən qardaş Türkiyədə baş verən hadisələr çox ciddi proseslər idi:

"Bu, bütün Türkiyəni, bütün müsəlman dünyasını, bütün dünyamızı narahat edən bir hal idi. Bütün dünya səhərini bununla açdı və bu prosesə ən ilk yardım göstərən dövlət məhz Azərbaycan oldu. Cənab prezidentin tapşırığına əsasən hüquq-mühafizə orqanlarının əməkdaşlarının ora getdiyini və zəlzələ baş verən ərazidə fəal formada xilasetmə işlərinə başladığını gördük. Biz prosesi təhlil edəndə görürük ki, Azərbaycan növbəti dəfə öz qardaşlığını nümayiş etdirdi və hesab edirəm ki, Azərbaycanın atdığı addımlar, Azərbaycanın həyata keçirdiyi işlər xüsusi önəm və əhəmiyyət daşıyır. Azərbaycan bununla yetinmədi, eyni zamanda Azərbaycan digər mühüm addımlarını da atdı və digər mühüm tədbirləri də həyata keçirdi. Şəhərlərin yenidən qurulması prosesinə də öz töhfəsini verdi. Bu, Azərbaycanın Türkiyəyə nə dərəcədə qardaş olduğunu bir daha göstərir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən