Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ: Regionda üstünlüklər daha da güclənir

 15:03 12.02.2026     601

"Azərbaycan regionda öz üstünlükləri ilə seçilən bir dövlətdir. Enerji resursları, strateji coğrafi mövqeyi, müstəqil siyasət yürütmə bacarığı və balanslı diplomatik xətti ona həm regional, həm də qlobal miqyasda xüsusi status qazandırıb. ABŞ ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması isə bu mövcud üstünlükləri daha da qabardacaq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov Azərbaycan ilə ABŞ arasında inkişaf edən münasibətlərdən danışarkən bildirdi.

O, qeyd etdi ki, Azərbaycan artıq enerji təhlükəsizliyində Avropanın etibarlı tərəfdaşıdır, nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir və regional sabitliyin qorunmasında mühüm rol oynayır:

"ABŞ-nin marağının artması bu mövqeləri beynəlxalq aləmdə daha da gücləndirəcək, Azərbaycanın sözünün çəkisini artıracaq. Bu əməkdaşlıq Azərbaycanın nüfuzunu tərifləyən bir amildir: ölkə həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından etibarlı tərəfdaş kimi tanınır. ABŞ ilə yaxınlaşma Azərbaycanın mövcud üstünlüklərini dünyaya daha geniş miqyasda nümayiş etdirmək üçün yeni imkanlar açacaq".

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən