"Strateji Tərəfdaşlıq Xartiyası imzalanıbsa, 907-ci düzəliş onun ruhuna ziddir" - Fazil Mustafa

 13:30 12.02.2026     416

Bildiyimiz kimi, 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığı müdafiə aktı"a əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı - 907-ci düzəliş hələ də tam şəkildə aradan qaldırılmayıb. Gözləntilər var idi ki, bu məsələ ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı müzakirə olunsun. Lakin mətbuata birgə bəyanatda ABŞ rəsmisi bu mövzuda danışmadı.

Bəs niyə Azərbaycan-ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandığı halda, 907-ci düzəlişin aradan qaldırılması məsələsi gündəmə gətirilmədi? Müttəfiqlik sənədinə bərabər olan sözügedən xartiyanın imzalanmasından sonra ABŞ Konqresi öz səhvini aradan qaldıracaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Fazil Mustafa bildirdi ki, bu məsələlər artıq Amerika Birləşmiş Ştatları ilə münasibətlərin inkişafından asılıdır:

"Prinsipcə buna razılıq var, amma reallaşması üçün müəyyən prosedur qaydalar keçilməlidir. Artıq bunun elə də böyük əhəmiyyəti qalmayıb, amma hər halda, əgər Strateji Tərəfdaşlıq Xartiyası imzalanıbsa, bu, onun ruhuna ziddir. Yəni həm qadağa qoyursan, həm də tərəfdaşlıq edirsən. Ona görə də, yəqin ki, bu məsələ artıq müəyyən ikitərəfli təmaslarda gündəmə gətirilib. Bu barədə mənim bilgim yoxdur, amma çox güman ki, məsələ Amerika tərəfindən artıq həll olunacaq".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən