"ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır"

 11:14 13.02.2026     334

"ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında bildirdi.

Onun sözlərinə görə, bu səfər iki ölkə arasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcına işarə edir:

"Belə yüksək səviyyəli səfərlər ABŞ-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə daha da dərinləşməsinə imkan yaradır və bu əməkdaşlıq möhkəm əsaslara söykənir. İki ölkə arasında imzalanmış xartiya isə strateji tərəfdaşlığın və birgə fəaliyyətin əhatə dairəsini aydın şəkildə müəyyən edir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən