“Ay Laçın” Belqrada kimi gedib çıxdı - Prezidentlər dinlədi+VİDEO

 21:25 15.02.2026     338

Prezident İlham Əliyevin Serbiyaya səfəri münasibətilə Prezident Aleksandar Vuçiçin adından verilən şam yeməyində ölkənin hərbi orkestri Azərbaycan mahnısı “Ay Laçın”ı ifa edib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

“Bu, Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jestidir”, - H.Hacıyev qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən