"Ukrayna rəhbərliyi bu hadisələrdən qaçmaq üçün belə siyasət aparır"

 16:46 16.02.2026     829

Sabah Ukrayna, ABŞ, Rusiya arasında növbəti danışıqlar keçiriləcək. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, görüşün uğurlu olacağına ümidlidir.

Politoloq Zeynal Əmrəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Ukrayna Prezidenti Volodimir Zelenskini ümidləndirən əsas faktor məhz Amerika Birləşmiş Ştatlarının müharibəni dondurması strategiyasıdır:

"Eyni zamanda Ukrayna ərazisində çoxlu sayda azad iqtisadi zonanın yaradılması təklifləri rəsmi Kiyevə sərf edir. Çünki məhz bu yollarla Ukrayna öz təhlükəsizliyini təmin etmək və uzunmüddətli bir sülh prosesinə hazırlaşmaq niyyətindədir. Açıq şəkildə görünür ki, Rusiya Ukraynanın strukturlarını çox ciddi şəkildə hədəfə alıb və avtomatik şəkildə Ukraynanın enerji infrastrukturuna ciddi şəkildə zərbələr endirir".

Siyasi şərhçi qeyd etdi ki, Ukrayna rəhbərliyi bu hadisələrdən qaçmaq üçün belə siyasət aparır:

"Yəni ümid edir ki, ABŞ bu prosesi dayandıraraq Rusiyanın mövqelərindən çəkilməsini istəyəcək. ABŞ Prezidenti Donald Trampın əsas missiyası məhz bu münaqişənin dayandırılmasıdır. Münaqişəni dayandıraraq yenidən Ukraynadakı layihələri həyata keçirmək istəyirlər. Burada ABŞ-nin əsas məqsədi Ukrayna ilə arasında imzalanmış enerji məsələsidir. Hansı ki, enerji təbii sərvətlərin, təbii resursların mənimsənilməsi məsələsi mövcud idi. ABŞ həmin məsələni qabartmaq niyyətindədir. Yəni Ukraynanın təbii resurslarını mənimsəmək niyyətindədir. Hal-hazırkı müharibə missiyası buna imkan vermir. Eyni zamanda Çinin əleyhinə də Rusiyadan bacardıqca nələrsə qoparmaq niyyətindədir. Bu yöndə də müəyyən addımlar atılacaq. Onun üçün də münaqişə dayandırılmalıdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən