"İlham Əliyevlə Paşinyan bölgəmizə sülhün gəlməsi üçün çalışırlar" - AÇIQLAMA

 11:57 20.02.2026     468

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən Sülh şurasının ilk iclasında iştirak edib. 

Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, biz bu məsələdən bəhs edərkən bir neçə il öncə torpaqları işğal olunmuş Azərbaycanı, bu gün isə torpaqlarını azad etmiş müstəqil suveren Azərbaycanı görürük:

"Bu gün Azərbaycanın əldə etdiyi bu uğur tarixi nailiyyətdir. Azərbaycan ərazilərini azad edib və Azərbaycan dünyada gedən proseslərə, dünya sülhünün gəlməsi prosesinə öz töhfəsini verir. Bu, Azərbaycanın tarixi uğurudur, Azərbaycanın tarixi nailiyyətidir ki, biz bu gün torpaqlarımızı azad etmişik və biz suveren, müstəqil ölkənin vətəndaşlarıyıq".

Millət vəkili vurğuladı ki, Azərbaycan Sülh Şurasının sıravi bir üzvü deyil:

"Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Sülh Şurasının təsisçilərindən biridir. ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevlə səmimi görüşləri, onun haqqında söylədiyi xoş fikirlər onu göstərir ki, bu gün Azərbaycan-Amerika münasibətləri sürətlə inkişaf edir, eyni zamanda iki ölkə lideri arasında dostluq, qardaşlıq münasibətləri var və bu münasibətlər sürətli bir formada inkişaf edir. Donald Trampın həm İlham Əliyevə təşəkkürü, həm də Ermənistan Baş naziri Nikol Paşinyana təşəkkürü onu göstərir ki, hər iki ölkə lideri bölgəmizə sülhün gəlməsi üçün çalışırlar və sülhün gəlməsi üçün addımlar atırlar. Bu da çox diqqətlə və çox heyranlıqla izlənilir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən