"Xocalı faciəsini törətmiş dairələrlə bağlı çıxarılan hökmlər qanun çərçivəsində qəbul olunub"
"Son zamanlar, bildiyiniz kimi, Azərbaycanın 44 günlük müharibəsindən sonra Ermənistan tərəfindən gələn şəxslərin taleyi ilə bağlı müxtəlif müzakirələr aparılır. Onların bir qismi baş vermiş qanlı hadisələrlə bağlı ifadələrində müəyyən etiraflar səsləndiriblər. Azərbaycanda keçirilən məhkəmə proseslərində erməni mənşəli təqsirləndirilən şəxslər bəzi faktları özləri etiraf etmiş, hətta bəzi hallarda kütləvi məzarlıqların yerlərini göstərmişlər".
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov bildirdi.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq konvensiyalara qoşulub və ədalətli məhkəmə prinsiplərinə sadiqliyini bəyan edib:
"Lakin bəzi beynəlxalq təşkilatlar ölkəmiz barədə insan hüquqları və guya cinayətlərin ört-basdır edilməsi ilə bağlı ədalətsiz mövqe nümayiş etdirirlər. Müəyyən faktlar məhz həmin şəxslərin öz ifadələrində əksini tapıb. Bəzi erməni millətçi və şovinist mövqedə olan dairələrin beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qərəzli yanaşma sərgilədiyi bildirilir. Müxtəlif maliyyə mənbələri hesabına fəaliyyət göstərən bəzi qurumların, o cümlədən insan hüquqları təşkilatlarının Azərbaycanın çıxardığı məhkəmə hökmlərinə qarşı çıxmağa çalışdığı qeyd olunur. Eyni zamanda, ölkəni tərk etmiş və müxtəlif platformalarda çıxış edən bəzi şəxslərin də bu hökmlərlə bağlı mənfi mövqe sərgilədiyi vurğulanır. Xocalı faciəsini törətmiş dairələrlə bağlı çıxarılan hökmlər qanun çərçivəsində qəbul olunub və hüquqi qüvvəyə minib".
Nuriyyə NATİQQIZI













