Azərbaycan gücləndikcə xaricdə yaşayan anti-azərbaycanlı ünsürlər daha da aqressivləşirlər - Deputat

 15:25 20.02.2026     473

"Son vaxtlar xaricdə yaşayan anti-milli ünsürlərin fəallaşmağa cəhd göstərməsi, Azərbaycan əlehinə qərəzli tədbirlər təşkil etməyə və şüarlar səsləndirməyə cəhd göstərməsi müşahidə olunur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə,  Azərbaycan gücləndikcə, geo-siyasi mövqeyi möhkəmləndikcə xaricdə yaşayan bəzi anti-azərbaycanlı ünsürlər daha da aqressivləşirlər.

"Vaşinqtonda və daha öncə Münhendə anti-milli ünsürlərin hərəkətləri bir daha təsdiq edir ki, Azərbaycanın güclənməsi və ölkəmizin regionda formalaşdırdığı düzən xaricdən maliyyələşən bəzi anti-milli ünsürləri narahat edir".

O əlavə edib ki, Azərbaycan güclü olmaqla yanaşı, xalq-iqtidar birliyi də möhkəm və sarsılmazdır və belə marjinal qrupların davranışları nəinki bu birliyə, nə də Azərbaycanın gücünə təsir edə bilməz.

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən