"Azərbaycan Ermənistanı ərazi bütövlüyümüzü tanımağa məcbur etdi"

 17:45 20.02.2026     515

"Dünya yeni dövrünə başlayır. Amerika lideri Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına çox böyük ümidlər var. Adından da göründüyü kimi, yeni təsisatın əsas vəzifəsi dünyada müharibələrin qarşısının alınması, sülhün əldə edilməsi və möhkəmləndirilməsidir. Azərbaycan bu təşəbbüsün ön sıralarında gedənlərdəndir. Donald Trampın vaxtaşırı cənab prezidentimiz haqqında danışması onu göstərir ki, Azərbaycan prezidentinin apardığı siyasət dünyada bəyənilir, ona yüksək qiymət verilir, onun təcrübəsi öyrənilməyə bir nümunə kimi göstərilir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi.

"Azərbaycan üçün müstəqilliyi bərpa edəndən sonra ən böyük problem Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi idi. 30 ilə qədər torpaqlar işğalda qaldı. Azərbaycanın qətiyyəti, apardığı düşünülmüş dövlətçilik siyasəti ərazi bütövlüyümüzü təmin etdi. Ermənistan heç də xoş məramdan irəli gələrək Azərbaycanla sülh müqaviləsi imzalamadı. Azərbaycan Ermənistanı ərazi bütövlüyümüzü tanımağa, torpaqlarımızdan çıxmağa, beynəlxalq hüququ əsas kimi götürməyə məcbur etdi. Əlbəttə, biz qonşu Ermənistanla normal münasibətlər qurmaqda maraqlıyıq, təklifimizi də vermişik. Cavab Ermənistandan asılıdır. ABŞ-nin bizim apardığımız siyasəti dəstəkləməsi özü çox gözəl göstəricidir. Cənab prezidentimizin siyasi kursu böyük dövlət olan ABŞ tərəfindən dəstəklənir, ona qiymət verilir. Bir daha bütün dünyaya göstərdik ki, biz müstəqil dövlət ola bilirik, biz özümüzün kimliyimizi qoruya bilirik və beynəlxalq hüquqla yaşamağa üstünlük veririk", - deyə o əlavə etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən