Ermənistan liderləri WUF13-ə dəvət ediləcək? - Ceyhun Bayramov AÇIQLADI

 09:52 26.02.2026     371

WUF13 tədbiri formatı kontekstində hansı ölkələrin dəvəti nəzərdə tutulursa, o ölkələr dəvət ediləcək.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu tədbirdə ilk dəfə Liderlər Zirvəsi də keçiriləcək: “Liderlər sammitində bütün dünya başçılarına dəvət getmir. Bu istiqamətdə Azərbaycanla əməkdaşlıq edən ölkələrə dəvət göndərilir, Ermənistan liderinə belə dəvət getməsi barədə məndə məlumat yoxdur” (APA).

Vumart və Güvən reklamı Vumart Güvən