İsaril-ABŞ-İran müharibəsində atəşkəs gözlənilirmi? - Deputatdan ŞƏRH
"İsrail-İran müharibəsinin hazırkı vəziyyətində hər hansı bir atəşkəs və yaxud sülh danışıqlarını proqnozlaşdırmaq olduqca çətindir, mümkün görünmür. Mənə elə gəlir ki, biz bu ehtimalın yaranması üçün ilk 4 günü, ən qısa müddətdə və orta müddətli perspektivdə isə ilk 4 həftənin başa çatmasını gözləməliyik. Yalnız bundan sonra tərəflərin mövqeyində ciddi dəyişiklik ola bilər. Böyük Avropa üçlüyü - Böyük Britaniya, Fransa və Almaniya da artıq İrana qarşı bəyanatlar verirlər".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi.

"İran nə qədər tez reallığı qiymətləndirib ABŞ-nin tələb etdiyi şərtləri qəbul edərsə, İran xalqı və dövləti üçün daha yaxşı olar və İran siyasi komandasının qərarlarından xalq bir o qədər əziyyət çəkməz. Əks təqdirdə aqressiv şəkildə İranın mövqeyi davam edəcəksə, o zaman yəqin ki, bir neçə həftədən sonra müqavimət qırılacaq və yalnız bundan sonra atəşkəsdən və yaxud sülh danışıqlarından söhbət getmiş ola bilər", - deyə o vurğuladı.
Aytəkin TOFİQQIZI













