"Qədimdə millət vəkilinə toyqu deyiblər" - Firudin Cəlilov
"Mən Milli Məclisin adının dəyişdirilməsi ilə bağlı tamam ayrı fikirdəyəm".
Bunu Redaktor.az-a keçmiş təhsil naziri, professor Firudin Cəlilov vitse-spiker Rafael Hüseynovun Milli Məclisin adının "Millət Məclisi" olaraq dəyişdirilməsi təklifindən danışarkən bildirdi.
"Çünki qədimdə bu cür məclislərin öz terminologiyası olub. Spikerə ayquçi deyiblər, millət vəkilinə isə toyqu deyiblər. Mən o qədim terminlərə maraq göstərirəm. İndi nə deyirlər, desinlər, amma mənim üçün o maraqlıdır", - deyən türkoloq alim bununla belə marağında olan qədim məclis adını açıqlamadı.
Aytəkin TOFİQQIZI













