Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı məlumata düzəliş edilib - YENİLƏNİB
Hazırda hər hansı konkret təhdid barədə informasiya daxil olmasa da, Orta Şərqdəki gərgin vəziyyət fonunda ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yalnız konsulluq şöbəsi 2 və 3 mart tarixlərində müvəqqəti olaraq bağlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya səfirliyi məlumat yayıb.
Səfirlik bu gün yaydığı məlumata düzəliş edib. Belə ki, bir qədər əvvəl Səfirliyin Konsulluq şöbəsinin qeyri-müəyyən müddətə bağlanılması qeyd edilib.
"Lakin düzgün məlumat ondan ibarətdir ki, bağlanma yalnız bu gün və sabah (2 mart və 3 mart) tarixlərini əhatə edən müvəqqəti bağlanmadır", - açıqlamada deyilir.
***
21:16
Yaponiyanın Azərbaycandakı səfirliyinin fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Redaktor.az xəbər verir ki, dəqiqləşdirilmiş məlumata əsasən, səfirlik fəaliyyətini tam dayandırmayıb.
Hazırda hər hansı konkret təhdid barədə informasiya daxil olmasa da, Orta Şərqdəki gərgin vəziyyət fonunda ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yalnız konsulluq şöbəsi 2 və 3 mart tarixlərində müvəqqəti olaraq bağlanıb.
Beləliklə, məhdudiyyət yalnız iki günü əhatə edən müvəqqəti xarakter daşıyır.
***
12:47
Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı səfirlik sosial şəbəkə hesablarında açıqlayıb.
“Regionda baş verən hadisələrlə əlaqədar olaraq, səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılmışdır. Nəzərə almağınızı xahiş edirik. Narahatçılığa görə üzr istəyirik”, - məlumatda qeyd olunub.













