"Müharibə bir neçə günə yekunlaşa bilər" - ŞƏRH
"İrana ABŞ və İsrail tərəfindən edilən hücum fonunda region ölkələrinin artan narahatçılığı başadüşüləndir. Müharibələrin həmişə dağıntı və ölümlər gətirdiyini nəzərə alsaq, demək olar ki, bu müharibənin baş verməsi tərəflərin hər birinə itkilər hesabına başa gəlir".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Azər Qasımov bildirdi.

Müsahibimiz müharibədə Azərbaycanın mövqeyindən danışdı:
"Azərbaycan dövləti təbii ki, beynəlxalq hüququn yanındadır və məsələnin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır. Atəşkəsin əldə olunması üçün Azərbaycan və Türkiyənin vasitəçiliyi ilə addımların atılması məsləhətlidir. Proseslərin gedişatına uyğun olaraq demək olar ki, İranın yeni rəhbərlərindən danışıqlar barədə mesajlar gəlir. ABŞ Prezidenti Donald Tramp da buna meyilli görünür. Hesab edirəm ki, müharibənin davam etməsi tərəflərin mövqelərinin yaxınlaşmasından çox asılı olacaq. Tramp bir neçə həftəlik əməliyyat planlandığını bildirsə də, hesab edirəm ki, müharibə bir neçə günə yekunlaşa bilər. İstəklərimiz də bu yöndədir".
Aytəkin TOFİQQIZI













