"Danışıqlar masası arxasına əyləşməsələr, müharibə daha da genişlənəcək" - Konfliktoloq

 18:41 02.03.2026     342

"İranda baş verən hadisələr göz qabağındadır. Hazırda vəziyyət çox gərgindir. Danışıqlardan imtina edilməsi vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq. Çünki tərəflər danışıqlar masası arxasına əyləşməsələr, müharibə daha da genişlənəcək. İran da hərbi baxımdan o qədər də zəif dövlət deyil. Üstəlik, İranın kifayət qədər potensialı var və İran artıq Amerikanın regiondakı müttəfiqlərinə zərbələr endirir".

Bunu Redaktor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov bildirdi.

"Əgər müharibəyə başlanılıbsa, axıra qədər gedəcəklər. Yəni İranda həm rejimi dəyişəcəklər, eyni zamanda İrandan gələ biləcək sonrakı təhlükələrin də tamamilə qarşısını almaq üçün vəziyyəti daha da gərginləşdirəcəklər. Müharibədən əvvəl danışıqlar gedirdi. Nəticə bəlli olmadan müharibə başladı və danışıqlar dayandı. İsrail və ABŞ axıra qədər getməkdə maraqlıdırlar. Bu cütlük öz məqsədlərinə çatmamış məsələni belə dayandıran deyil. Çox güman ki, İranın tərəfini saxlayan qüvvələrin hamısını məhv edənə qədər müharibəni davam etdirəcəklər", - deyə o qeyd etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən