ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin nə zaman yekunlaşacağı bilinmir - ŞƏRH

 16:30 04.03.2026     485

Hazırda ABŞ-İsrail və İran arasında hərbi toqquşma davam edir. Tərəflər bir-birinə qarşı hava zərbələri və raket hücumları həyata keçirir, əməliyyatlar qarşılıqlı şəkildə genişlənir. Regionda artan gərginlik təkcə hərbi sahədə deyil, siyasi və iqtisadi müstəvidə də ciddi təsirlər yaradır.

Bəs müharibə nə zaman başa çata bilər?

Politoloq Vüqar Zifəroğlu Redaktor.az-a bildirdi ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi qarşıdurmanın nə zaman yekunlaşacağı sualına konkret tarix göstərərək cavab vermək mümkün deyil:

"Müharibələrin bitmə vaxtı əvvəlcədən planlaşdırılmış siyasi təqvimlə deyil, hərbi nəticələr, diplomatik proseslər və beynəlxalq təzyiqlərlə müəyyən olunur. Hazırkı qarşıdurma üç əsas aktor - Amerika Birləşmiş Ştatları, İsrail və İran arasında strateji balansın toqquşması fonunda qiymətləndirilir.
Müharibənin nə zaman sonlanacağı indiki mərhələdə proqnozlaşdırıla bilməz. Tarix göstərir ki, bu tip qarşıdurmalar adətən ya siyasi razılaşma, ya da hərbi balansın dəyişməsi nəticəsində dayanır. Əgər tərəflər strateji məqsədlərinə çatdıqlarını hesab edərlərsə, proses qısa müddətdə dayana bilər. Əks halda, münaqişə mərhələli şəkildə uzana və regionda uzunmüddətli qeyri-sabitlik yarada bilər".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən