ABŞ-İran qarşıdurması fonunda sual: Rusiya Ukraynaya qəfil hücum edə bilərmi?
Hazırda davam edən ABŞ/İsrail-İran müharibəsi daha da böyüməkdədir. ABŞ-nin və digər Qərb ölkələrinin diqqətinin Yaxın Şərqdə olduğunu nəzərə alsaq, həmçinin Avropa ölkələrinin silah-sursat ehtiyatlarının müəyyən qədər zəiflədiyi bir vaxtda Rusiya vəziyyətdən istifadə edərək Ukraynaya qarşı qəfil hücum edə və yeni ərazilər işğal edə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zaur Məmmədov bildirdi ki, Rusiya əgər bacara bilsəydi, çoxdan bunu edərdi:

"Amma müharibə dünyanın, əlbəttə ki, siyasi və müharibə aparma davranışına bu və ya digər şəkildə təsir edə bilər. ABŞ-nin son zamanlar Venesuela ilə bağlı, İranla bağlı apardığı siyasət onu göstərir ki, bundan əvvəl Rusiya-Ukrayna ilə bağlı apardığı siyasətdə olduğu kimi, beynəlxalq münasibətlər sisteminə bu və ya digər şəkildə ciddi şəkildə əl gəzdirmək lazımdır. Beynəlxalq proseslərin səliqəli və sabitliyi üçün mütləq şəkildə beynəlxalq institutların funksionallığının nədən ibarət olması, beynəlxalq hüququn qırmızı xətlərinin nədən ibarət olması kimi aspektlərə fikir vermək lazımdır".
Nuriyyə NATİQQIZI













