"İranın dinc qonşusuna qarşı hücumu doğru addım deyil" - Aydın Tağıyev
"Müstəqil Azərbaycan dövlətinə, onun ərazisinə dron hücumu, xüsusilə mülki obyektlərin vurulması beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və qonşuluq münasibətlərinə ziddir. İran bunu başa düşməlidir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Aydın Tağıyev bildirdi.
O qeyd etdi ki, Azərbaycan ABŞ/İsrail-İran münaqişəsində tərəfsizliyini qoruyub saxlayıb:
"Lakin İranın bu xoş niyyətin qarşılığında dinc qonşusuna qarşı hücum həyata keçirməsi doğru addım deyil. İran mülki əhalinin təhlükəsizliyinə və Azərbaycanın suverenliyinə hörmət etməlidir. Bu addım BMT Nizamnaməsində təsbit olunan dövlətlərin suverenliyinə hörmət prinsipinə də ziddir və eyni zamanda regional təhlükəsizliyi birbaşa pozur. İran bütün bunları nəzərə almalıdır. Baxmayaraq ki, bu, fors-major hal kimi qiymətləndirilir".
Xədicə BAXIŞLI













