Naxçıvana hücum regional sabitliyi sarsıdır - Çexiya səfirliyi

 09:44 06.03.2026     733

Çexiya səfirliyi bugünkü Naxçıvana qarşı hücumları qətiyyətlə pisləyir.

Redaktor.az xəbər verir ki, bu barədə Çexiya səfirliyinin paylaşımında bildirilib.

“Bu qəbuledilməz addım Azərbaycanın təhlükəsizliyinin pozulmasıdır və regional sabitliyi sarsıdır”, - paylaşımda vurğulanıb.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

Vumart və Güvən reklamı Vumart Güvən