Azərbaycan İrandan diplomatik heyətini ÇIXARIR - YENİLƏNİB

 14:29 06.03.2026     503

Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verilib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, İrandan diplomatik heyətin tam çıxarılmasına qərar verilib.

“Bu, həm Tehrandakı səfirlik, həm də Təbrizdəki Baş konsulluğa aiddir. Hazırda bu istiqamətdə iş aparılır, müvafiq tapşırıqlar verilib. Həm Tehrandakı səfirlik, həm də Təbrizdəki Baş konsulluğun heyətinin təxliyəsi üçün tapşırıqlar verilib. Hazırda bu tapşırıqlar icra səviyyəsindədir. Hadisələrin inkişafının bu fonunda biz insanlarımızın həyatını risk altına ata bilmərik. Bundan sonra proseslər diqqətlə izləniləcək. Dron hücumları ilə bağlı İran tərəfdən aparılan araşdırmanın nəticəsini gözləyəcəyik və onun nəticəsindən asılı olaraq, növbəti addımlar atılacaq, qərarlar veriləcək”, - Ceyhun Bayramov qeyd edib.

***

"Azərbaycan diplomatik heyəti İrandan təxliyə edilir"

Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq tapşırıq verib:

"Həm Təbrizdəki konsulluğumuz, həm də səfirlik əməkdaşlarının evakuasiyası icra mərhələsindədir".

C.Bayramov bildirib ki, qonşu ölkədə müharibə olduğu üçün normal olaraq Azərbaycan ordusuna müvafiq tapşırıqlar verilib:

"Bütün diplomatik heyətimizin İrandan çıxarılması ilə paralel, dünən Təhlükəsizlik Şurasının iclasında cənab Prezident müvafiq tapşırıqlar verdi. Diplomatik addımlar atılmaqdadır. Rəsmi nota verildi. İranlı həmkarımla danışdım. Hər zaman olduğu kimi bu gün də Azərbaycanda təhlükəsizlik yüksək səviyyədədir. Əlavə təhlükəsizlik tədbirləri də görülür".

Vumart və Güvən reklamı Vumart Güvən