Ərdoğan TDT XİN rəhbərlərini qəbul ETDİ - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri arasınında keçirilən görüşdə müzakirə olunan mövzular açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X" hesabında məlumat yayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunduğunu bildirib.
Diplomatın sözlərinə görə, tərəflər Azərbaycan və qardaş türk dövlətləri arasında güclü əlaqələr, regional sülh və inkişaf sahəsində ortaq maraqlar, eləcə də enerji, nəqliyyat və digər istiqamətlərdə davam edən birgə əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin xarici işlər nazirlərini qəbul edib.
Redaktor.az xəbər verir ki, görüş İstanbulda TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində baş tutub.
Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.













