"Bakı çətin məqamlarda humanitar həmrəylik prinsipini ön plana çəkir" - AÇIQLAMA

 20:49 10.03.2026     774

"Azərbaycanın İrana humanitar yardım göndərməsi ilk növbədə humanitar dəyərlərə və regional məsuliyyət prinsipinə söykənən addım kimi qiymətləndirilə bilər. Dövlətlərarası münasibətlərdə bəzən siyasi fikir ayrılıqları olsa da, humanitar məsələlər adətən bu çərçivədən kənarda saxlanılır. Bakı bu qərarla göstərir ki, çətin vəziyyətlərdə humanitar həmrəylik prinsipi ön plana çəkilə bilər".

Tural İsmayılov: “Rusiya ABŞ-ilə Ermənistan arasındakı müqavilədən  narahatdır” | KONKRET

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural ismayılov bildirdi.

Onun fikrincə, eyni zamanda bu addım Azərbaycanın regionda məsuliyyətli və sabitlik tərəfdarı olan dövlət kimi mövqeyini nümayiş etdirir:

"Humanitar yardımın göndərilməsi siyasi jestdən çox insani yanaşmanın ifadəsi kimi təqdim olunur və bu da beynəlxalq praktikada tez-tez rast gəlinən diplomatik davranış modelidir. Digər tərəfdən belə addımlar regionda gərginliyin artdığı dövrlərdə müəyyən etimad mühitinin qorunmasına da xidmət edə bilər. Bu baxımdan, Azərbaycanın qərarı həm humanitar dəyərlərə sadiqliyin, həm də praqmatik və balanslı xarici siyasət xəttinin davamı kimi dəyərləndirilə bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən