Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxıldı

 15:41 11.03.2026     167

Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.

Bu barədə Redaktor.az-a Azərbaycanın Dubay şəhərindəki Baş konsulluğundan məlumat verilib.

Bildirilib ki, Dubay şəhərindəki Baş konsulluğumuz vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb.

"Vətəndaşın bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur", - qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən