Baş nazir Naxçıvana olan hücumdan DANIŞDI
"Məlum olduğu kimi, ötən həftə İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə pilotsuz uçuş aparatından istifadə ilə bağlı hadisə baş verdi".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında Baş nazir Əli Əsədov bildirdi.
O qeyd etdi ki, baş verən bu xoşagəlməz hadisə fonunda Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, Prezident İlham Əliyev öz xalqının təhlükəsizliyini qoruyan və hər zaman xalqının arxasında duran güclü liderdir:
"Onu da əlavə edim ki, son dövrlərdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir, eyni zamanda cənab prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir".
Nuriyyə NATİQQIZI













