Tramp Makrona barmaq silkələdi - amma Fransa Venesuela deyil
"Tramp bu cür açıqlamaları verir və çox qısa müddət sonra tamam fərqli açıqlamalar verir. Bu səbəbdən Trampın fikirlərinin ciddiyə qəbul edilməsinin tərəfdarı deyiləm".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov ABŞ lideri Donald Trampın fransalı həmkarı Emmanuel Makronun tezliklə vəzifəsni tərk edəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən dedi.
Onun sözlərinə görə, belə bir açıqlama Fransa Prezidentinin ABŞ liderinin Hörmüz boğazının açılmasını asanlaşdırmaq üçün hərbi gəmilər göndərmək tələbini rədd etməsi fonunda səsləndirilib:

"Trampın Makronun hakimiyyətdən gedəcəyi haqda verdiyi açıqlamanın nə hüquqi, nə də siyasi bazası yoxdur. Tramp Venesuela məsələsində sözünü dedi və Venesuelanın Prezidenti Nikolas Maduronu götürdü. Amma Fransa Venesuela deyil, həqiqət hər zaman həqiqətdir. Ona görə düşünürəm ki, Trampın bu açıqlamasına təhdid də demək olar. Eyni zamanda bu, ABŞ-nin Fransaya barmaq silkələməsi kimi də qəbul edilə bilər".
Aytəkin TOFİQQIZI













