"Ərdoğanın xəbərdarlığı yalnız İsrailə ünvanlanmayıb" - AÇIQLAMA

 15:51 15.04.2026     386

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə qarşı hərbi əməliyyatların mümkünlüyü ilə bağlı açıqlama verib. Dövlət başçısı qeyd edib ki, İsrail tərəfindən Fələstin əhalisinin öz torpaqlarından çıxarılmasının qarşısını almaq üçün Türkiyə hərbi addımlar ata bilər.

Türkiyə tərəfindən hərbi addımların atılma ehtimalı nə qədər realdır?

Politoloq Qafar Çaxmaqlı Redaktor.az-a açıqlamasında bildirdi ki, İsrailin bölgədə hansı rol oynadığı və xalqlar üçün bir bəlaya çevrildiyi hər kəsə məlumdur:

"Qəzzadakı soyqırım heç vaxt unudulmayacaq. Bölgənin təhlükəsizliyi baxımından təhdid olan bu rejimin qarşısını almaq üçün Türkiyənin biganə qalmayacağı ayrıca bir məsələdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xəbərdarlığı yalnız İsrailə ünvanlanmayıb. Bu xəbərdarlıq onun havadarlarınadır. Onun arxasındakı güclər bilməlidirlər ki, Qəzza Türkiyənin qırmızı xəttidir və burada etnik təmizləmə aparılarsa, Türkiyə sərt tədbirlər görə bilər. Bu, hərbi əməliyyatlara qədər gedə bilər. Nəhayət, bu terror dövlətini dayandırmaq Türkiyənin üzərinə düşəcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən