Ceyhun Bayramov İordaniyanın Baş nazirinin müavini ilə görüşdü

 13:01 18.04.2026     254

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İordaniyanın Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan vətəndaşlar üzrə naziri Ayman Al-Safadi ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ayman Al-Safadinin “X” hesabında bildirilib. 

“Ayman Al-Safadi ivə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov hazırda Antalya Diplomatiya Forumu çərçivəsində görüş keçirirlər”, - paylaşımda qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən