"Artıq dövlət vəsaitinin şişirdilməsindən söhbət getmir" - Deputat
"Əməkhaqqı ilə bağlı sahəyə ciddi fikir verilir. Bu, əslində çox ciddi yanaşmadır. Bu ondan ibarətdir ki, biz ölkənin əvvəlki illərdə əməkhaqqının şişirdilməsindən, əməkhaqqı ilə bərabər olan xərclərdə baş verən nöqsanlardan, artıq ödənilən büdcə xərclərindən söhbət açmırıq. Artıq dövlət vəsaitinin şişirdilməsindən söhbət getmir, kotirovka qiymətlərinin azaldılmasından danışılır. Faktiki olaraq müasir iqtisadi baxışlarla biz Hesablama Palatasının hesabatında rastlaşırıq".
Redaktor.az xəbər verir ki, bu barədə deputat Aydın Hüseynov parlamentin bugünkü iclasıbda çıxışı zamanı bildirdi.
"Digər böyük sahə isə Hesablama Palatasının səlahiyyətinə daxil olan əsas istiqamətlərdən biri olan satınalmalarla bağlı məsələlərdir. Bununla bağlı fikirlərimizi bir neçə dəfə təkrar demişik. Dövlət satınalmaları ilə bağlı şəffaflığın təmin olunması istiqamətində çox mühüm addımlar atılır. Biz bunu birbaşa deyə bilərik ki, artıq dövlət satınalmaları prosesi daxilində hüquqi bazanın təkmilləşdirilməsi üçün yeni qanun layihəsi də gündəmdədir. Gələcək hesabatda Hesablama Palatasının səlahiyyətləri daxilində məşğulluğun təmin olunması ilə bağlı, yəni büdcə xərclərindən məşğulluğun nə dərəcədə yarandığının hesabatda dəqiq şəkildə rəqəmlərlə öz əksini tapması yaxşı olar. Hesab edirəm ki, bizim əsas məqsədimiz sosial sahədə, yəni insanların məşğulluğunun təmin olunması başda duran istiqamətdir", - deyə o qeyd etdi.
NURİYYƏ













