"Azərbaycan, Türkiyə və Pakistan liderlərinin birgə fotosu "danışan" bir mesaj idi"

 19:21 21.04.2026     667

"Antalya Diplomatiya Forumu dünya liderlərinin, dövlət və hökumət başçılarının, diplomatların və beyin mərkəzlərinin iştirakı ilə qlobal proseslərin müzakirə olunduğu mühüm platformadır".

Bunu Redaktor.az-a Antalya Diplomatiya Forumundan danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi.

Onun sözlərinə görə, bu forumda səsləndirilən ideyalar və proqnozlar gələcək dünya nizamının formalaşmasında mühüm rol oynayır:

"Azərbaycan Prezidentinin daimi iştirak etdiyi bu tədbirdə builki siyasi gündəmə möhür vuran əsas hadisə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin birgə çəkilmiş fotosu oldu. Bu foto sadə bir görüntü deyil, üç ölkə arasındakı münasibətlərin səmimiyyətini və strateji dərinliyini bütün dünyaya nümayiş etdirən "danışan" bir mesaj idi. Hətta digər görüşlərin məzmununu kənara qoyub yalnız bu foto üzərindən mülahizə yürütdükdə belə, bu birliyin hər üç dövlətin maraqları baxımından nə dərəcədə əhəmiyyətli olduğunu görmək mümkündür. Bununla yanaşı, forum çərçivəsində keçirilən ikitərəfli və çoxtərəfli görüşlər, o cümlədən Azərbaycan Prezidentinin müxtəlif ölkə rəhbərləri ilə təmasları ölkəmizin xarici siyasət strategiyasının müəyyənləşməsində və milli maraqlarımızın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən