"ABŞ-nin Rusiya ilə yaxınlaşmaya maraq göstərməsi təsadüfi görünmür"

 18:57 24.04.2026     649

"ABŞ Prezidenti Donald Trampın açıqlamalarında diqqət çəkən məqamlardan biri də Rusiya Prezidenti Vladimir Putinlə bağlı idi. Bildiyimiz kimi, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra İran və Rusiya arasında münasibətlərdə ciddi yaxınlaşma müşahidə olunurdu".

Bunu Redaktor.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.

Onun sözlərinə görə, Tramp hazırda bu məsələdə Rusiyanı ABŞ-nin mövqeyinə yaxınlaşdırmağa çalışır:

"Çünki o açıq şəkildə bildirdi ki, ABŞ-də keçiriləcək G20 sammitinə Vladimir Putin dəvət olunmalıdır və eyni zamanda Putinlə birbaşa təmas ideyasını dəstəkləyir. Bu baxımdan Putinin G20-yə dəvətini dəstəkləməsi və Rusiya ilə yaxınlaşmaya maraq göstərməsi təsadüfi görünmür".

Politoloqun fikrincə, bunun əsas səbəblərindən biri İran faktorudur:

"Lakin burada mühüm məqam var. Bir müddət əvvəl Vladimir Putinə qarşı beynəlxalq hüquqi prosedurlar başladılmışdı. Roma Statutunu ratifikasiya edən ölkələrin hər hansı birinin ərazisinə Putin daxil olarsa, dəhal həbs edilməlidir. Maraqlı məqam odur ki, ABŞ bu müqaviləni ratifikasiya etməyib. Yəni, faktiki olaraq ABŞ-nin Yaxın Şərqdə yenidən hərbi gücdən istifadəsini və Rusiya Prezidentinin G20 sammitində iştirakını görmək Tramp rəhbərliyi altında olan ABŞ üçün təəccübləndirici fakt olmaz".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən