ABŞ və Çin vətəndaşlarını təxliyə edir – Müharibə yenidən başlayır?

 18:28 24.04.2026     299

"Amerika həm İrandan, həm də Livandan öz vətəndaşlarının çıxması üçün çağırış etməsi münaqişənin yenidən alovlana biləcəyinə dair ciddi siqnaldır. Bu addım gərginliyin savaşa çevrilməsi və yeni dislokasiyaların yaranması ehtimalını gücləndirir. Hazırda gərginlik davam etsə də, diplomatik razılığın əldə olunmaması savaşın yenidən qızışması anlamına gəlir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa bildirdi.

Müsahibimiz əlavə etdi ki, proseslərdə Çin də mühüm tərəf kimi iştirak edir.

"Hələlik birbaşa ön planda görünməsə də Çin İranı ciddi şəkildə dəstəkləyən əsas qüvvələrdən biridir. Hesab etmək olar ki, İranın atdığı addımlar böyük ölçüdə Çinlə koordinasiya olunur və rəsmi Pekin baş verəcəkləri, eləcə də İranın sərgiləyəcəyi davranışları öncədən hesablayaraq mövqe bildirərək öz vətəndaşlarını İrandan çıxmağa çağırır. Reallıq ondan ibarətdir ki, savaşın qaldığı yerdən davam etməsi ehtimalı həddindən artıq yüksəkdir. Əlbəttə, danışıqlar masası qurularsa, müəyyən razılaşmaların əldə olunması mümkündür, lakin görünən odur ki, İran tərəfi hazırda bu danışıqlara meyilli deyil. Bu vəziyyət isə Trampın səbrinin tükənəcəyi və diplomatik yolların tükəndiyi anda yenidən savaş qərarının veriləcəyi deməkdir. Bir sözlə, hərbi əməliyyatların bərpası ehtimalı olduqca böyükdür", - deyə Əli Mustafa bildirdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən