Kallas Azərbaycana niyə gəlir?

 16:38 04.05.2026     382

"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri ilə bağlı onu deyə bilərəm ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri dərinləşir və əməkdaşlıq sahələri genişlənir. Təsadüfi deyil ki, son dövrlərdə İtaliya, Litva, Latviya və Çexiyanın dövlət və hökumət başçıları Azərbaycana səfərlər ediblər".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirdi.

Onun sözlərinə görə, hazırda energetika, yaşıl enerji, birgə istehsal, investisiyalar və nəqliyyat dəhlizlərinin inkişafı kimi istiqamətlərdə çoxşaxəli əməkdaşlıq həyata keçirilir:

"Lakin eyni zamanda müəyyən gərginliklər, xüsusilə Avropa Parlamenti ilə bağlı fikir ayrılıqları da mövcuddur. Bu baxımdan, Kallasın səfəri həm mövcud gərginliklərə aydınlıq gətirilməsi, həm də ikitərəfli əlaqələrin dərinləşməsi üçün yeni imkanların araşdırılması baxımından önəmlidir. Yeni imkanlardan bəhs edərkən, Azərbaycan tərəfi Avropa İttifaqının Zəngəzur dəhlizinə dəstəyinin artacağını və bu dəhlizin infrastruktur layihələrində İttifaqın maliyyə dəstəyinin təmin olunacağını ümid edir. Bir sözlə, bütün bu məsələlər müzakirə mövzusu olacaq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən