Prezidentin bəyanatları sülh üçün mühüm siqnaldır - Millət vəkili

 17:51 04.05.2026     327

"Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatı vasitəsilə çıxış etməsi çox önəmlidir. Bu, onu göstərir ki, Azərbaycan Avropa ölkələri ilə əlaqələrin qurulmasında və inkişafında maraqlıdır, bunun üçün çalışır. Bu gün cənab prezidentin rəhbərliyi ilə Azərbaycan sülh təşəbbüsü ilə çıxış edir, əlaqələrin möhkəmlənməsi və inkişafı üçün addımlar atır. Yəni bu gün bir sıra Avropa ölkələrindən fərqli olaraq, bölgəyə sülhün gəlməsinin təşəbbüskarı Azərbaycandır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirdi.

Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan sülhün praktik faydalarını görür:

"Atəşkəs pozulmur, hər iki ölkənin vətəndaşları həyatını itirmir, infrastruktur dağılmır, ərazilər bərbad vəziyyətə düşmür. Hesab edirəm ki, bu, çox önəmli bir məsələdir. Azərbaycan Ermənistana yüklərin daşınmasında iştirak edir və Ermənistana məhsul satır. Gələcəkdə Ermənistan da Azərbaycana məhsul satacaq. Hər iki ölkə eyni zamanda müxtəlif tranzit layihələrindən böyük vəsaitlər əldə edəcək və qazanacaq. Yəni bunlar olduqca vacib məsələlərdir və hesab edirəm ki, getdikcə əlaqələrimiz daha da inkişaf edəcək. Bu mənada prezidentin bu görüşdə iştirakı, verdiyi bəyanatlar və açıqlamalar olduqca önəmlidir, bölgəmizə sülhün gəlməsinə töhfə verəcək çox mühüm məqamları və məsələləri özündə əks etdirir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən