"İtaliya Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən Avropa ölkələrindəndir"

 10:42 05.05.2026     652

"İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri Azərbaycan-İtaliya əlaqələrində yeni bir səhifə açır, bu əlaqələri növbəti bir mərhələyə keçirir. Bu, önəmli bir səfərdir".

Bunu Redaktor.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi.

Onun sözlərinə görə, İtaliya Azərbaycanın haqq işini, ədalətli mövqeyini dəstəkləyən Avropa ölkələrindəndir:

"Nəzərə alaq ki, hazırda Avropada Azərbaycana qarşı qərəzli, aqressiv bir münasibət var. Bu halda İtaliyanın hazırkı tutduğu mövqeyin nə dərəcədə əhəmiyyətli olduğunu görə bilərik. Bir növ İtaliya Avropada Azərbaycana qarşı ədalətli, obyektiv mövqe göstərən ölkələrdəndir. İnanıram ki, gələcəkdə də bu tip görüşlər davam edəcək. Qəbul edilən qərarlar, verilən bəyanatlar, imzalanan sənədlər iki ölkə arasında münasibətlərin yeni bir mərhələsini açacaq. Bu yeni mərhələdə də iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini müşahidə edəcəyik".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən