"Azərbaycanla tərəfdaş olmaq istəyən ölkələrin sayı artacaq" - Millət vəkili

 14:09 06.05.2026     689

Son bir neçə ay ərzində Azərbaycana bir sıra rəsmi səfərlər edilib. Latviya Prezidenti Edqars Rinkeviçs, Ukrayna dövlət başçısı Volodimir Zelenski, Çexiyanın Baş naziri Andrey Babiş, İtaliyanın Baş naziri Ciorcia Meloni və Avropa İttifaqının rəsmi nümayəndəsi Kaya Kalla ölkəmizə səfər edənlər sırasındadır.

Redaktor.az edilən rəsmi səfərlərin Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna necə təsir etməsi ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadənin fikirlərini öyrəndi. Millət vəkili bildirdi ki, Azərbaycanın geniş əməkdaşlıq və tərəfdaşlıq sistemi formalaşıb:

"Azərbaycan bir dövlət kimi bölgənin ən əsas tərəfdaşı olaraq bir sıra qüvvələr tərəfindən qəbul olunur və Azərbaycanın əməkdaşlıq sistemində təklif etdiyi iqtisadi layihələr, təhlükəsizliklə bağlı layihələr böyük maraq doğurur. Ona görə düşünürəm ki, bu əməkdaşlıqlar daha da genişlənəcək və Azərbaycanla tərəfdaş olmaq, strateji əməkdaşlığı davam etdirmək istəyən ölkələrin sayı artacaq. Bu da ölkəmizin nüfuzunun artmasının təzahürüdür".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən