"Əgər SEPAH hakimiyyətdə qalacaqsa, proses savaşa aparacaq" - AÇIQLAMA

 18:34 06.05.2026     274

İsrail ABŞ ilə birlikdə İrana qarşı yeni zərbələr endirmək imkanını nəzərdən keçirir. Bu barədə CNN telekanalı İsrail mənbəsinə istinadən məlumat yayıb. 

Redaktor.az-a açıqlamasında politoloq Əziz Əlibəyli bildirdi ki, müharibənin başlaması sürpriz olmayacaq.

"Onsuz da müharibə prosesinə ara veriblər. Amma maraqlı olan ondan ibarətdir ki, daha çox müharibə ritorikasını artırmaqla İran üzərindəki təzyiqi gücləndirirlər və bu, həm İsrail, həm də Amerika Birləşmiş Ştatları vasitəsilə paralel şəkildə həyata keçirilir. Yüz faiz müharibə qaçılmazdır demək düzgün deyil. Amma böyük ehtimalla demək olar ki, proses hələ həll olunmayıb və nəticə yoxdur. Bu baxımdan qarşıdurma baş verə bilər. Bunun da şərti SEPAH-ın hakimiyyətdə qalması ilə bağlıdır. Əgər SEPAH hakimiyyətdə qalacaqsa, proses savaşa aparacaq", - deyə o vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən